İş adamı adının Röya ilə hallanmasına etiraz etdi

İş adamı adının Röya ilə hallanmasına etiraz etdi
Şou-biznes 8357

 

Azərbaycanlı iş adamı Azad İsayev "İnterpol”a verilməsi xəbərinə münasibət bildirib. 

BAKU.WS məlumat verir ki, hazırda Türkiyədə olan A.İsayev Lent.az-a açıqlamasında deyib ki, onun şəkli "İnterpol"un saytında 1 ildən çoxdur var:

"Bu iş çoxdan bağlanıb. Adımın saytdan silinməsi üçün bir müddət olar ki, müraciət etmişik. Amma bizə dedilər ki, 45 gün sonra silinəcək. Adımın bu cür xəbərlərdə hallanması ürəkaçan deyil".

A.İsayev onu da əlavə edib ki, bu cür xəbərlərdə adının əməkdar artist Röya Ayxanla hallanması düzgün deyil: 

"Adımın Röyayla hallanması da məntiqsiz bir şeydir. Bu gündən sonra mənim adımı heç kimlə hallandırmasınlar. Buna nə ehtiyac var axı? Axı hər kəsin öz ailəsi, həyatı var. Nəyə görə hər hansı bir insanı mənim adımla hallandırılmalıdırlar və yaxud da kimsənin adının yanına mənim adım olmalıdı? Bu, düzgün deyil. Mən kişiyəm, amma Röya qadındır". 

Azərbaycanlı iş adamı A.İsayev "İnterpol” xəttilə axtarışa verilməsi xəbərini report.az saytı yazıb. Xəbərdə bildirilir ki, onun axtarışa verilməsinə səbəb kimi dələduzluq etməsi göstərilib. 5 iyul 1984-cü ildə anadan olmuş A.İsayev Azərbaycan, türk və rus dillərini bilir. 

Qeyd edək ki, A.İsayev vaxtilə müğənni Röyanın yaxın dostu olub. O, müğənni Elnurun "Səni xatırladır”, Şeron qrupunun "Sevmirəm daha”, Zamiqin "Sonunu bilə-bilə”, Elçin Şirinin (Cəfərov) "Sən demə”, Röyanın "Sevgiyə bax”, "Son görüş” ,"Ağla" və digər mahnılarının sözlərinin müəllifidir. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, onun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Sonra cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər