MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.
Onun sözlərinə görə, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.
Qeyd edilib ki, həmin dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra müəyyənləşib.
İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Oxşar xəbərlər
Onlar üçüncü dəfə seçildi: Rəqəmlər nə deyir? - SİYAHI
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri onu deməyə əsas verir ki, bəzi deputatlar artıq üçüncü dəfə Milli Məcli...
