SİZİN REKLAM BURADA!
055 213 76 73


9 fevralda keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin 119 dairədə keçirilən səsverməsinin nəticələrinə dair protokollar məlum olub.

BAKU.WS Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, 5573 seçki məntəqəsinin 5208-də protokollar hesablanıb.

Hazırkı rəqəmlərə əsasən, 119 seçki dairəsində lider namizədlər müəyyənləşib və onların Milli Məclisin yeni tərkibində yer alacağı, demək olar ki, böyük ölçüdə müəyyənləşib.

MSK-nın son elan etdiyi nəticələri əsas götürərək yeni parlamentdə təmsil olunan yaşı 70-dən yuxarı millət vəkillərinin siyahısını təqdim edir:

Fəttah Heydərov – 81

Ziyad Səmədzadə - 79

Hüseynbala Mirələmov – 75

Eldar İbrahimov – 74

Zabelin Mixail – 74

Sabir Rüstəmxanlı – 73

Madər Musayev – 72

Vahid Əhmədov – 72

Fəzail Ağamalı – 72

Əhliman Əmiraslanov – 72

Hadı Rəcəbli – 72

İsa Həbibbəyli – 70 yaş

Tahir Rzayev – 70

Elman Məmmədov - 70

BAKU.WS