SİZİN REKLAM BURADA!
055 213 76 73


"Müşahidələrimə əsaslanaraq, deyə bilərəm ki, Azərbaycanda parlament seçkilərinə hazırlıq prosesi yüksək ictimai fəallıq şəraitində keçirilir".

BAKU.WS xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı siyasi analitik Oleq Kuznetsov deyib.

Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak edəcəyini bildirən Oleq Kuznetsov deyib:

“Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq çoxlu sayda insan imza toplayaraq namizədlik üçün müraciət edib. Azərbaycan cəmiyyətinin ictimai fəallarının böyük əksəriyyətinin namizədliyi qeydə alınıb”.

Analitik qeyd edib ki, namizədliyin irəli sürülməsi və qeydə alınması prosesi qanunla müəyyən edilmiş bütün demokratik prosedurlara tam uyğun həyata keçirilib.

BAKU.WS