Zamiq Hüseynov “Panda Boya”nın ulduz siması oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkənin ən böyük rəng kataloquna malik “Panda Boya” sevilən ulduzlardan olan Zamiq Hüseynovu yeni ulduz siması seçib.
“Panda Boya” 31 Mayda Azərbaycan televiziya tarixində ilk dəfə “Azad Azərbaycan” telekanalının canlı yayımında yeni ulduz simasını və mobil tətbiqini təqdim edib.
Bu barədə danışan şirkətin Marketinq direktoru Müşviq İskəndərov bilirib ki, mobil tətbiq həm istehlakçıların seçimlərini asanlaşdırır, həm də müştəriləri innovativ yeniliklərlə sevindirir:
“Ölkənin sevilən ulduzlarından biri Zamiq Hüseynovun “Panda Boya”ya etibar etməsi bizi sevindirir. Ulduz simamızla markamızın rəng kataloqu barədə daha çox insanın məlumatlanacağını bilirik.
Təqdim etdiyimiz “Panda Mater – Çək və Boya” adlanan mobil tətbiqimiz (https://qrco.de/bc7ywr) vasitəsilə isə boya alıcıları qapaqaltı kodlarla bonuslar əldə edirlər. Bu bonuslar qarşılığında şirkət alıcılara müxtəlif hədiyyələr təqdim edir. Bonus kampaniyasının əsas hədiyyəsi isə iki otaqlı evdir.
Mobil tətbiqin digər üstünlüyü isə Artırılmış Reallıq Funksiyasıdır. Evi üçün boya seçimində tərəddüd edən alıcılar smart cihazlarının kamerasını divara qarşı çevirirlər və bu funksiya “Panda Boya”nın 2500-dən çox rəng kataloqundan interyerə uyğun rəng seçimi verir. Boya alıcısı həmin rəngin kodunu mağazaya təqdim etməklə interyer dizaynına uyğun gələn rəngi asanlıqla tapa bilir”.
Qalereya
Oxşar xəbərlər
Azercell “Qələbə ili”nin nəticələrilə bölüşdü
Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib. Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştər...