Yelo Bank-da əmanət yerləşdir, daha yaşıl Bakı üçün addım at

Yelo Bank-ın yeni əmanət aksiyası həm müştərilərə qazandırır, həm də təbiətə! 10 sentyabr - 31 oktyabr tarixləri ərzində Yelo Bank-da əmanət yerləşdirməklə 11%-dək parlaq gəlir qazana, həm də gözəl Bakımızın yaşıla bürünməsinə öz töhfəni verə bilərsən. Bu xoşməramlı aksiyaya qatılmaq üçün istər filialda, istərsə də onlayn qaydada əmanət yerləşdirmək və aksiya müddəti boyunca aktiv saxlamaq kifayətdir. Bu təşəbbüsə qoşulan əmanətçilərə Yelo App vasitəsilə onlayn ekosertifikat göndəriləcək. Aksiyanın bitdikdən sonra Bankın əməkdaşlarının iştirakı ilə keçiriləcək tədbirdə ekosertifikat almış müştərilərin adına ağac əkiləcək. Qeyd edək ki, Yelo Bank-da açılan 100 000 manatadək əmanət məbləği Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Bankın bu aksiyanı həyata keçirməkdə əsas məqsədi Yaşıl Dünya Naminə Həmrəylik ilinə və tezliklə baş tutacaq COP29 tədbirinə dəstək olmaq və ətraf mühiti qorumaqdır. Əgər bu təşəbbüsdə sənin də bir payın olsun istəyirsənsə, Yelo Bank-da əmanət yerləşdir: https://bit.ly/3AZlic7
Bank xidmətləri (https://www.yelo.az/az/individuals/deposits/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Oxşar xəbərlər
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda HONOR 400 və HONOR 400 Pro smartfonlarının rəsmi satışı başladı. Yeni seriya süni intellektlə gücləndi...