Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiq qalır

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur.
Bu yeni mağaza Bakıda xidmət sürətini və əhatəsini daha da artıracaq.
Wolt Market-in Azərbaycanda alış-veriş təcrübəsini dəyişdirmək istiqamətində atdığı bu əhəmiyyətli addım müştərilərə sürətli çatdırılma, rəqabətsiz aksiyalar və ekoloji həllər təklif edir.
Supermarketiniz, 30 dəqiqəyə qapınızda
Wolt Market həftəlik ənənəvi alış-verişə rahat və sürətli alternativ təklif edir və ehtiyacınız olan məhsulları cəmi 30 dəqiqəyə qapınıza çatdırır. İstər şəhər mərkəzində, istərsə də ətraf
rayonlarda olun, Wolt Market ehtiyac duyduğunuz məhsulları sizə rahat və operativ şəkildə
çatdıracaq.
Geniş çeşiddə təzə və keyfiyyətli məhsullar
5000-dən çox çeşiddə məhsulu təqdim edən Wolt Market-də təzə ət, mövsümi meyvə-tərəvəz, uzunmüddətli saxlanıla bilən qidalar, süd məhsulları və daha artığını tapmaq mümkündür.
Azərbaycanın aparıcı distributorları ilə əməkdaşlıq sayəsində rəflərimiz həmişə ehtiyac
duyduğunuz əsas məhsullarla zəngindir. Bundan əlavə, müştərilərimizə yüksək keyfiyyətli,
eksklüziv idxal məhsullarını təqdim etmək üçün kiçik, ixtisaslaşmış təchizatçılarla da əməkdaşlıq edirik.
Rəqabətsiz endirimlər və daim yenilənən aksiyalar
Məhsul çeşidlərindən əlavə, Wolt Market həm də sərfəli alış-veriş təmin edir. Müştərilərimiz hər gün yüzlərlə məhsula endirimlə sahib ola bilərlər. Aksiyalarımız isə hər 2-3 həftədən bir
yenilənir.
Böyük bayramlar və xüsusi günlərdə də müştərilərimiz üçün daha geniş satış
aksiyaları təşkil edirik ki, alış-verişinizi ən sərfəli qiymətlərlə həyata keçirə biləsiniz. İndi isə,
Wolt Market-in ad günü münasibətilə, 27 aprel tarixinədək marketdə 60%-dək endirimlər
mövcuddur.
Bakıda artan mövcudluq
Şəhərin mərkəzi (Landmark), Yasamal, Xalqlar və Binəqədi rayonlarında artıq fəaliyyət göstərən dörd mağazamıza əlavə olaraq, Wolt Market Bakıda fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Keçmiş Nəsimi Bazarı ərazisində açılan yeni mağazamız daha sürətli və effektiv xidmət göstərərək yüksək keyfiyyətli məhsullarımızı şəhərin daha çox məhəlləsinə çatdıracaq.
Davamlılığa sadiqlik
Davamlı inkişaf prinsiplərinə uyğun olaraq, Wolt Market çatdırılmalar üçün sənayədə geniş
istifadə olunan plastik torbalardan imtina edərək ekoloji cəhətdən təmiz kağız torbalardan
istifadə etməklə fəxr edir. Ətraf mühitə təsirimizi azaltmaq üçün fəaliyyətimizi mümkün qədər ekoloji cəhətdən təmiz etməyə davam edir və yüksək xidmət standartlarımızı qoruyub saxlayırıq.
Daha sürətli, daha yaxşı, daha ekoloji – hər zaman qapınızda
Wolt Market olaraq müştərilərimizin alış-veriş təcrübəsini daim yaxşılaşdırmağa çalışırıq. Sürətli və etibarlı çatdırılma xidmətimiz, daim genişlənən məhsul çeşidimiz və davamlı inkişaf prinsiplərinə sadiqliyimiz ilə həyat tərzinizə uyğun supermarket təcrübəsini təqdim edirik.
Xidmətlərimiz, mağaza ünvanları və çatdırılma xəritəmiz haqqında daha ətraflı məlumat üçün saytımıza müraciət edə bilərsiniz:
Wolt Market haqqında
Wolt Market dark store modelində fəaliyyət göstərən və məhsulları müştərilərə 30 dəqiqədən az müddətdə çatdıran onlayn supermarket şəbəkəsidir. Geniş çeşidli məhsullar təklif etmək üçün həm iri, həm də kiçik təchizatçılarla əməkdaşlıq edirik.
Gündəlik zəruri mallardan tutmuş eksklüziv idxal məhsullarına qədər geniş çeşid, davamlı inkişaf prinsiplərinə sadiqliyimiz, sərfəli endirimlərimiz və yüksək xidmət səviyyəmiz sayəsində rahatlıq, keyfiyyət və sürət axtaran müştərilərin bir nömrəli seçimiyik

Oxşar xəbərlər
Yelo Bank alış-veriş festivalı davam edir!
Şoppinq həvəskarlarının diqqətinə: Yelo Bank alış-veriş festivalı həyəcanla davam edir! Sevdiyiniz brendlərdə inanılmaz endirimlərlə dolu bu festivalın bitməsi...