Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb
Digər 57

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb.

Qeyd edilib ki, 2025-26-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarın 31-i saat 23:59-da başa çatacaq. 2025-26-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralın 1-i saat 00:00-dan başlayacaq.

Bildirilib ki, müraciətlər bayram günləri və həftəsonları da daxil olmaqla hər gün qəbul olunur.

Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

Dünyanın ən populyar smartfonunun adı açıqlanıb. Bu "iPhone 17" mobil telefonudur.  BAKU.WS xəbər verir ki, bu barədə Counterpoint Research (CR) şirkəti məlumat...

52 Digər 13:05 27 avqust 2026

Son xəbərlər