Vətəndaşlar güzəştli mənzillərin kreditləşməsini Bank BTB-yə etibar edir
Bank BTB Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirməyə davam edir.
Qeyd edək ki, 10 sentyabr tarixində Hövsan Yaşayış Kompleksində 502 mənzilin satışı baş tutmuşdur. Müasir metodları tətbiq edən Bank BTB güzəştli ipoteka kreditlərinin verilməsini təkmilləşdirərək müştəri məmnunluğunu təmin etməkdə davam edir.
Belə ki, Bank BTB sürətli sənədləşmə prosesinin aparılması məqsədilə xidmət nöqtələrinin sayını 8-ə çatdırıb.
Həmçinin, Bank sənədləşmə prosesini sürətləndirərək kreditləri 1 günə rəsmiləşdirir. Beləcə, vətəndaşlar özlərinə yaxın olan filialı seçməklə əlavə vaxt itkisi olmadan sənədləşmə üçün müraciət edə bilərlər. Bunlara Azadlıq filialı, Promo filialı, H.Aslanov filialı, Sənaye filialı, Sahil filialı, Gənclik filialı, 28 May filialı və Əcəmi filialı aiddir. Ünvanlarla qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz: https://www.btb.az/az/officees Bununla yanaşı, Mida mənzillərinin əldə olunması ilə hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) kanallarına, 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə, həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytımızda onlayn konsultanta həftəiçi 5 gün müraciət edə bilərlər.
Oxşar xəbərlər
Bank BTB-nin Sənaye filialı yeni üslubda təmir edilib
Bank BTB müştərilərinə daha yüksək xidmətin göstərilməsi məqsədilə Sənaye filialını müasir tələblərə və standartlara uyğun şəkildə təmir edib. Qeyd edək ki, fil...