Unibank kapitalını artırır
Yeniliklərdən dərhal xəbərdar olun
Unibank KB ASC kapitalını növbəti dəfə artıracaq. Bu haqda Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 22 sentyabrda keçiriləcək iclasında qərar qəbul ediləcək.
Kapitalın ümumilikdə 30 milyon manatadək artırılması nəzərdə tutulur. Unibankın İdarə heyətinin sədri Faiq Hüseynov bildirib ki, bu haqda qərar Bankın səhmdarları tərəfindən verilib:
“Bankın uğurlu inkişafını dəstəkləmək, müştərilərə yeni məhsul və xidmətləri təqdim etməsi üçün Səhdmdarlarımız əlavə kapital qoyuluşu və cəlb edilməsi haqda qərar veriblər.
Bu, səhmdarların ölkəmizdə iqtisadi inkişafın sürətlənməsinə və “Unibank”ın bu inkişafa daha çox töhfə verəcəyinə inamının göstəricisidir”.
Oxşar xəbərlər
Unibank birinci rübü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin 1-ci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank rübü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci rübündə “Uni...