TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nağd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb.
BAKU.WS xəbər verir ki, TUT.AZ pulsuz elanlar saytının həftələrdir davam edən müsabiqəsinin yeni qalibi bəlli olub. 3 elan yerləşdirərək kampaniyada iştirak edən və 100 AZN qazanan şəxs Fərid Qayıbovdur. Müsabiqə ilə bağlı danışan qalibimiz iş yoldaşları vasitəsilə bu kampaniyadan xəbərdar olduğunu bildirib:
“İş yoldaşlarım mənə tövsiyə etdi ki, bu kampaniyaya qatılım. Bundan sonra iştirak etdim və elanlar paylaşaraq qalib oldum. İlk dəfədir belə müsabiqədə iştirak edirəm. TUT.AZ saytının əməkdaşları mənə zəng vurdular və qalib olduğumu dedilər. Çox real yarışdır. Buradan istifadəçilərə səslənib demək istərdim ki, siz də mənim kimi TUT.AZ-da elan yerləşdirərək qalib ola bilərsiniz".
Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilərlər.
Seçim random üsulu ilə aparılır, bu zaman eyni istifadəçinin yerləşdirdiyi hər 3-cü elan nəzərə alınır.
Müsabiqə 27 dekabr-2 yanvar tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.
Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 3-9 yanvar tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.
Oxşar xəbərlər
TUT.AZ-ın müsabiqəsinin qaliblərinin adı bəlli oldu – VİDEO
TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nağd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb. BAKU.WS xəbər verir ki, 3 elan yerləşdirərək müsabiqəyə qatılan və qa...