Rexona Azərbaycanlı azarkeşlərə Fernando Morienteslə birlikdə FIFA21 oynamaq şansı yaratmışdır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
15 İyun tarixində Rexona “Gaming League Azerbaijan” təşkilatı ilə birlikdə Hilton oteldə kampaniyanın böyük finalını keçirmişdir.
Əsas mükafatı düncaya məşhur İspaniyalı futbolçu Fernando Morienteslə görüşmək və FIFA21 oynamaq olan reklam kampaniyasında iştirak etmək üçün iki Rexona məhsulu almaq və qeydiyyatdan keçmək tələb olunurdu. Beləliklə, 4 həftə ərzində mindən çox insan kampaniyada iştirak etdi.
Orxan Məmmədov və Mirqiyas Ağayev kampaniyanın finalına qədər gəldi və Fernando Morienteslə birlikdə FIFA 21 oynamaq şansı əldə etdi.
Sözügedən oyunçu tədbirə onlayn qoşuldu, qaliblərlə söhbət etdi, finalçılarla oyun oynadı və sadəcə oyunçulara deyil, YouTube vasitəsilə canlı yayımdan yarışı izləyən yüzlərlə izləyiciyə həyəcanlı və yaddaqalan anlar yaşatdı.
Oyunların yekunlarına gəlincə, Orxan Məmmədov Morienteslə yarışda qalib gəlsə də, Mirqiyas Ağayevlə yarışda qalib Morientes oldu. Əsas olan odur ki, nəticədə dostluq qazandı.
Yarışı şərh edən Gündüz Abbaszadə iştirakçılar və tamaşaçılara real futbol çempionatı təəssüratı yaratdı və onlara özlərini oyunun bir parçası kimi hiss etdirməklə, yarış həyəcanını və emosiyalarını ötürə bildi.
Dünyaca məşhur futbol ulduzunu məğlub etmək üçün bütün cəhdlərini səfərbər edən və həyəcanlı və qızğın oyun barəsində fikirlərini bölüşən finalçılar onlara belə bir şans verildiyi üçün hədsiz xoşbəxt olduqlarını bildirmiş və təşkilatçılara təşəkkür etmişdir.
Final oyununda Azərbaycanın məşhur futbolçusu, “Sabah” futbol klubunun müdafiəçisi və kapitanı Ruslan Abışov finalçılarla öz peşə təcrübəsini bölüşmüş və onlara əsas mükafatları (Qalib kuboku, Rexona hədiyyə qutuları və yeni nəsil oyun konsolu Sony PlayStation 5) təqdim etmişdir.
Siz də Instagram sosial şəbəkəsində Rexona Azərbaycanın səhifəsini – @rexonaazerbaijan – izləyə və şirkətin apardığı bütün kampaniyalardan xəbərdar ola bilərsiniz.
Siz də Instagram sosial şəbəkəsində Rexona Azərbaycanın səhifəsini – @rexonaazerbaijan – izləyə və şirkətin apardığı bütün kampaniyalardan xəbərdar ola bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
Azercell “Qələbə ili”nin nəticələrilə bölüşdü
Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib. Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştər...