“Karabakh Horses” 2-ci yer uğrunda matçda “Kalbajar Wolves”dan üstün oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın “FİFA20” üzrə ilk rəsmi ölkə çempionatında, 27 turdan sonra mübarizə gərgin və maraqlı ssenari üzrə davam edir.
“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi çempionatda Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” 77 xalla vahid liderdir. Hələ də məğlub olmayan kollektivi ən yaxın izləyicisi “Karabakh Horses” klubundan 16 xal ayırır.
Tural Həsənovun idarə etdiyi köhlən atlar isə 2-ci yer uğrunda qarşıdurmada Cavid Murtuzayev və tabeliyində olan “Kalbajar Wolves” komandasını son turda 2-1 hesabı ilə üstələyib. Hazırda “canavarları” 2-cilikdən cəmi 2 xal ayırır.
Turnir cədvəlinin növbəti 6 pilləsində isə həyəcan günü-gündən artmaqdadır. Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” 53 xalla 4-cü yerdə qərarlaşdığı halda, “Shaki Khans” və “Qobustan Stones” kollektivləri müvafiq olaraq 52 və 51 xalla rəqiblərinin büdrəməyini gözləyirlər.
Transfer pəncərəsində liqaya qoşulan Anar Bədəlov və təmsil etdiyi “Khizi Mountains” klubu isə ikinci dövrəyə qeyri-stabil başlasa da, 48 xalla 7-ci pilləyə nəzarət edir. Liqanın ilk 8-liyini təşkil edən “Old City White Pants” dağlılardan cəmi 3 xal az toplayıb. Oktay Məmmədovun idarə etdiyi “Ganja Poets” kollektivinə gəlincə, İçərişəhər sakinlərindən 1 xal geri qalan şairlər qələmlərinin mürəkkəbi ilə rəqibin ağ şalvarına ləkə salacağı günü gözləyirlər.
Liqanın 10-cu sırasında Rəhman Quliyevə həvalə olunan “Shamakhi Lions” klubu məskunlaşıb. 11-ci pillədəki “Quba Tigers”lə arasında uçurum yaradan aslanlar ən yaxın izləyicisini 10 xal qabaqlayır. Transfer aralığında Vahid Əfəndiyevin gəlişi ilə dirçəliş yaşayan “Qazakh Ashiqs” və mövsümün 2-ci yarısında Fərhad Ağayevlə güclənən “Lankaran Heroes” komandaları isə ilk dövrə yaranan boşluqları doldurmağa başlayıblar.
FİFA20 Milli Liqasının növbəti turları may ayının 12-si və 13-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-a qədər “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər. Qarşılaşmalar eləcə də saat 13:00–14:00 və 16:00–17:00 aralıqlarında İdman TV vasitəsilə tamaşaçılara təqdim olunur.
https://www.twitch.tv/glahubhttps://www.instagram.com/glahub/
Oxşar xəbərlər
"Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Sərfəli mobil operator "Nar" Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. "Nar"ın insan resursları depar...