Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

Abunəçilər artıq Azercell-in Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib.
16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər.
Bunun üçün "mygov" tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilən bu layihə ilə Azercell abunəçilərinə daha çevik və rahat xidmət göstərməklə yanaşı, məlumat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.
Xatırladaq ki, sözügedən dəyişikliklər Azercell Eksklüziv ofislərində 02.09.2024 tarixindən etibarən əlçatan olub. Bu yenilik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 16 iyul tarixli Fərmanı əsasında icra edilir.
Oxşar xəbərlər
8000 AZN ENDİRİM – Tam Elektrikli Chery EQ7
Chery Azərbaycan öz müştərilərinə xüsusi fürsət təqdim edir. Artıq Chery EQ7 modelini 47,900 AZN əvəzinə, yalnız 39,900 AZN-ə əldə etmək mümkündür. Tam elektrik...
