“RAHAT” supermarketlər şəbəkəsi “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
“RAHAT” supermarketlər şəbəkəsi bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.
Oxu.az-ın “RAHAT” supermarketlər şəbəkəsindən əldə etdiyi məlumata görə, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.
Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “RAHAT” supermarketlər şəbəkəsindən satılmayacaq.
Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
Oxşar xəbərlər
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
Sağlam həyat tərzi üçün – 5 TÖVSİYƏ Evdə divan-kreslo-yataq arasındakı turistik səfərlərimizdən sonra birdən anlayırıq ki, artıq sağlam həyat tərzinə geri-dönüş...