“R-PHARM” revmatoid artrit mövzusuna dair elmi “dəyirmi masa” keçirib

“R-PHARM” revmatoid artrit mövzusuna dair elmi “dəyirmi masa” keçirib
Promo 5

“R-Pharm“ Şirkətlər Qrupunun Azərbaycandakı əczaçılıq kompleksi ölkənin aparıcı revmatoloqları - professor Eldar Abbasov, professor Nadir Hüseynov və digər tanınmış həkimlərin iştirakı ilə elmi “dəyirmi masa” təşkil edib.

Tədbirdə, Azərbaycanda revmatoid artritin müalicəsinin aspektləri, terapiyada müasir yanaşmalar, o cümlədən effektiv müalicəni təmin edən, uzunmüddətli remissiyaya aparan və revmatoid artritli xəstələrin həyat keyfiyyətini yaxşılaşdıran ən son dərman vasitələri müzakirə olunub.

“R-Pharm”, öz növbəsində, qonaqları, effektivliyi və təhlükəsizliyi dünyanın 17 ölkələsində, 4000-dən artıq pasiyentlərin iştirakı ilə aparılan böyük beynəlxalq klinik tətqiqatlarla təsdiqlənmiş, Artlegia (Olokizumab) dərman vasitəsi ilə tanış etdi. Xüsusilə qeyd olundu ki, bu genetik olaraq hazırlanmış bioloji preparat (GIBP) həm ikincili, həm də birincili sıra terapiyasinda istifadə oluna bilər.

Məsələn, yüksək konsentrasiyalı C-reaktiv zülal və ya xəstəliyin yüksək iltihablı fəaliyyətinin başqa əlamətləri olan zamanı.

Əsas məruzəçi “R-Pharm” SC-nin MDB ölkələrinə, Yaxın Şərqə, Şimali Afrikaya ixrac və vaksinlərin təşviqi departamentinin direktoru Elvira Muxametşina idi. Müzakirələr zamanı dərman vasitəsi ilə bağlı çoxsaylı suallar verilib və həkimlər onlara dolğun cavablar alıblar.

Xatırladaq ki, «R-Pharm» Şirkətlər Qrupunun özünə məxsus işlənməsi olan Artlegia (olokizumab) preparatı 2020-ci ildə Azərbaycan Respublikasında revmatoid artrid müalicəsi və COVID-19-da sitokin fırtınasının qarşısının alınması üçün qeydiyyatdan keçmişdir.

Bakıdakı "R-Pharm" əczaçılıq kompleksi MDB ərazisində istehsal, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş istehsalat zonasının sahəsi 4,6 hektardır. Zavodun istehsal gücü ildə 250 milyondan çox məhsul vahidi təşkil edir.

Keçən il zavod Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin sertifikatlaşdırılmış auditini müvəffəqiyyətlə keçmiş və müvafiq istehsalat təcrübəsinin prinsip və qaydalarına, o cümlədən Avropa İttifaqı ərazisində tətbiq olunan prinsip və qaydalara (GMP EU) uyğunluğunu təsdiq etmişdir.

Beləliklə, zavod ölkədə GMP (Good Manufacturing Practice / Etibarlı İstehsalat Təcrübəsi (EİT)) sertifikatı alan ilk və yeganə əczaçılıq müəssisəsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər