"Park Yasamal" layihəsi ilə bağlı yayılan dezinformasiya haqqında açıqlama - "Kristal!"
Son günlər sosial şəbəkələrdə "Kristal"ın "Park Yasamal" layihəsi ilə bağlı yayılan video bir sıra suallar doğurub. Həmin videoda mənzillərin birində döşəmə səthində əmələ gəlmiş çat təsvir olunub və bunun tikilinin keyfiyyəti ilə bağlı olduğu barədə yanlış təəssürat yaradılıb.
Şirkət tərəfindən verilən məlumata görə, videoda əks olunan görüntülər binanın əsas konstruktiv beton hissəsini deyil, sırf izolyasiya üzərində vurulmuş qoruyucu qatı əks elətdirir, bu halın binanın təhlükəsizliyi və dayanıqlığı ilə heç bir əlaqəsi yoxdur. Bu hal tikinti prosesində rast gəlinə bilən texniki vəziyyətdir və sonrakı mərhələdə tam aradan qaldırılır.
Məsələ ilə bağlı ətraflı məlumat almaq və şirkətin mühəndisinin verdiyi izahı izləmək üçün videoya keçid edə bilərsiniz:
" target="_blank" rel="noopener">
Videoda aydın şəkildə göründüyü kimi, yayılan görüntülər hər hansı əsaslı narahatlıq yaratmır. Bu çatlar binanın keyfiyyətinə, möhkəmliyinə və uzunömürlülüyünə heç bir təsir göstərmir. Layihənin bütün konstruktiv elementləri beynəlxalq standartlara uyğun inşa olunub və tikinti prosesi boyunca müvafiq texniki nəzarət tədbirləri ilə təmin edilir.
Oxşar xəbərlər
"Azərlotereya" 2025-ci ildə 267 böyük uduş təqdim edib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" 2025-ci ildə də çox sayda qazanılan böyük uduşlarla yadda qalıb. Ötən il "...