"Papa Johns Pizza Azerbaijan" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirib - FOTO

Papa Johns Pizza Azerbaijan Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirib - FOTO
Promo 56

“Papa Johns Pizza Azerbaijan" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirib.

Tədbirlər iyun ayında uşaq sığınacaqları, uşaq evləri və əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş müəssisələrdə baş tutub.

Papa Johns Pizza Azərbaycan uşaqların sevə-sevə gözlədikləri pizzalarla onlara xoşbəxt və əyləncəli anlar yaşadıb.

Bu tədbirlər çərçivəsində Papa Johns Pizza Azərbaycan 12 fərqli müəssisəni ziyarət edib, oradakı uşaqlara öz sevgisini və diqqətini çatdırıb.

Ümumilikdə 805 uşaq bu tədbirlərdə iştirak edib.

Papa Johns Pizza Azərbaycanla birlikdə Bolt Food, Unibank və Urbach Hacer Young şirkətləri də fəal iştirak ediblər.

Bu şirkətlər öz hədiyyələri ilə uşaqların sevincinə sevinc qatıb və onların üzündə təbəssüm yaradıblar.Papa Johns Pizza Azərbaycan üçün hərkəsin sevdiyi pizzalarla uşaqları xoşbəxt etmək çox önəmlidir.

Şirkət, tədbirlərin keçirilməsində dəstək göstərən bütün tərəfdaşlara və iştirak edən hər kəsə dərin minnətdarlığını bildirir. Papa Johns Pizza Azərbaycan gələcəkdə də dadlı pizzaları ilə balacalara sevinc bəxş etməyə davam edəcək.

Son xəbərlər