Oral-B-nin yeni diş məcunu artıq Azərbaycanda!
Oral-B Professional Diş Əti və Diş Minası Pro-Bərpa məhsulu artıq ölkəmizdə satışdadır. Oral-B diş məcunu 2 həftə ərzində diş əti problemlərini aradan qaldırmağa və diş minasını bərpa etməyə kömək edir*.
Bir çox diş məcunu ağız boşluğu sağlamlığının sadəcə bir yönünə təsir edir, məsələn: diş əti sağlamlığı və ya həssasiyyəti. Aktiv bərpaetmə texnologiyasına malik Oral-B diş məcunu isə ağız boşluğu sağlamlığına bütöv bir yanaşma gətirir.
Ağız boşluğundakı ərpi zərərsizləşdirərək diş əti problemlərini azaltmağa kömək edir. Həmçinin diş minasını minerallaşdırır və turşu eroziyasına qarşı dişləri qoruyur.
Ümumilikdə isə sözügedən məcunun istifadəsi 72% daha az diş əti və diş minası problemi deməkdir**.
Müntəzəm istifadə ilə dişləri adi diş məcunları ilə müqayisədə üç qat gücləndirir***. Qeyd edək ki, Oral-B Pro-Bərpa diş məcunu orijinal, həssas bəyazlıq, ekstra fərah adlı 3 növdə istifadəçilər üçün satışa çıxarılıb.
Bildirək ki, Oral-B diş məcununun 17 mart saat 20:00-da onlayn təqdimatı təşkil olunacaq. Oral-b.az saytında canlı yayımlanacaq tədbiri maraqlanan hər kəs izləyə bilər. Tədbirdə Türk Periodontoloji Dərnəyinin İdarə Heyətinin üzvü, Yeditepe Universitetinin Stomatologiya fakültəsinin dekanı professor doktor Bahar Eren Kurunun və Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezitenti, stomatoloq Rövşən Məmmədovun çıxışı planlaşdırılıb. Hüsniyə Məhərrəmovanın aparıcılıq edəcəyi tədbirdə xalq artisti Röya Ayxanın maraqlı performansı və “Bu Şəhərdə” komandasının eksklüziv səhnəciyi də yer alacaq.
Onu da nəzərinizə çatdıraq ki, bütün izləyicilər tədbirin sonunda keçiriləcək hədiyyəli yarışmada iştirak edə bilərlər. Yarışma qaliblərindən 3 nəfər Oral-B Pro 1 750 səyahət qabı hədiyyəli elektrikli diş fırçası, 1 nəfər Türkiyədən xüsusi olaraq sifariş edilən Oral-B Genius X elektrikli diş fırçası və 1 nəfər isə Iphone 12 Pro sahibi olacaq.
* Gündə 2 dəfə müntəzəm istifadə ilə, zəifləmiş diş minası üzərində aparılan laboratoriya işlərində
** Diş əti problemi olan 97 nəfər yetkin yaşlı insanlar üzərində edilən klinik iş, adi diş məcunu istifadəsi ilə müqayisədə
*** Normal diş məcunu istifadəsi ilə müqayisədə, qida turşularının təsirinə qarşı müqavimət
Oxşar xəbərlər
Yelo Bankın sədri: "Biznesi aktivləşdirmək vaxtıdır!" - MÜSAHİBƏ
Bəşəriyyət yeni çağırışla üz-üzədir: pandemiya milyardlarla insanın həyatını dəyişdi. Bu şəraitdə transformasiya olunmağı bacarmaq, dəyişikliklərdən qorxmamaq v...