Onlayn mağazanızı yaradaraq satışlarınızı artırın!
“Azercell Biznes”-in təkmilləşdirilmiş “Biznesim Veb” xidməti COVID-19 pandemiyası dövründə korporativ müştərilər üçün böyük imkanlar açır
Pandemiya dövründə bütün iqtisadi əlaqələrin, o cümlədən, ticarətin onlayn platformaya daşındığı bir dövrdə “Azercell Biznes” sahibkarlar və müəssisə rəhbərləri üçün böyük imkanlar açır. Belə ki, təqdim olunan yeni “Biznesim Veb” xidməti sürətli şəkildə veb saytın yaradılmasına, onun onlayn mağaza kimi istifadəsinə imkan verərək satışları asanlaşdırır.
Təkmilləşdirilmiş bu xidmət COVİD-19 pandemiyası dövründə tətbiq olunan sərbəst hərəkət məhdudiyyəti və digər bu kimi tədbirlər şəraitində biznes sahiblərinə önəmli alternativ və yardımçı satış strategiyasıdır. “Biznesim Veb” xidmətinə qoşulmaqla sizin mağaza və ya restoranınız biznesin yeni fəaliyyət normasına uyğunlaşacaq və rəqəmsal həllər vasitəsilə fəaliyyət göstərəcək.
“Biznesim Veb” xidmətinin əsas üstünlüklərindən biri də “Azercell Biznes”-in müştərilərinin öz şirkətləri və müəssisələri üçün cəmi 3 gün ərzində heç bir əlavə investisiya qoymadan elektron mağaza funksiyası olan bir veb sayt yaratmaqla öz işlərini inkişaf etdirə bilmək imkanıdır. Azərbaycanda kiçik və orta sahibkarlığın inkşafına yönələn bu rəqəmsal xidmət çərçivəsində müştərilər domain qeydiyyatı, hostinq, Google xidmətlərindən istifadə, səhifənin təhlükəsizliyinin təminatı kimi digər üstünlüklərdən də faydalana bilər.
Yaradılacaq veb səhifədə istifadəçi qeydiyyatının aparılmasını mümkün edən “Users” xidməti, hər bir istifadəçiyə özünün şəxsi bloqunu yaratmağa imkan verən “Blog” xidməti də əlavə olunnmuşdur.
Bunlarla yanaşı, “Biznesim Veb” xidmətinə həm də SEO – Google axtarış sistemi üçün səhifənin optimallaşdırılması funksiyası əlavə edilib. Bu zaman Google axtarış sisteminə həmin saytla bağlı nəticələr ilk sıralarda görünür ki, bu da saytın tanınması üçün çox önəmlidir.
Qeyd edək ki, xidmət çərçivəsində yaradılan saytın idarə olunması sistemi Windows OS, Mac OSX tərəfindən dəstəklənir. Rahat interfeysin mövcudluğu, məzmunun ayrıca tətbiqlər vasitəsilə təqdim olunması saytın daha sürətli və asanlıqla idarəetməsini həyata keçirməyə imkan verir. Xidmət haqqında daha ətraflı məlumat əldə etmək üçün *1111 nömrəsil ilə əlaqə saxlayın və ya [email protected] ünvanına müraciət edin.
Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmağı hədəfləyən “Azercell Biznes” müştərilərini yeni nəsil həllərin tətbiqi yolu ilə fərdiləşdirilmiş xidmətlə təmin etmək, fərqli məzmunda məhsullar təqdim etməklə onların inkişafına imkan yaradır.
Oxşar xəbərlər
Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu!
Ölkənin lider mobil operatoru “Azercell Telekom” bütün abunəçilərinin işini asanlaşdıran “Kabinetim” tətbiqi çərçivəsində Mobil Ödəmə xidməti ilə bağlı növbəti...