"Nar" dan "OneRepublic" konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol!

Sərfəli mobil operator "Nar" 28 aprel tarixində Bakı Kristal Zalında baş tutacaq "OneRepublic" konsertinin əsas dəstəkçisi olaraq, musiqi həvəskarlarını sevindirəcək. Musiqi və əyləncə dolu bu tədbirə öz abunəçilərini daha da yaxın etmək məqsədilə "Nar" sosial şəbəkələrdə xüsusi müsabiqəyə start verib.
Müsabiqədə iştirak etmək üçün sadəcə "Nar"ın rəsmi "Instagram" səhifəsindəki paylaşımın şərh bölməsində dostunu işarələmək kifayətdir.
İştirakçılar arasından 5 nəfər təsadüfi seçimlə qalib müəyyən olunacaq və hər biri 2 nəfərlik pulsuz bilet qazanacaq. Qeyd edək ki, müsabiqə 24 aprel saat 23:59-a qədər davam edəcək.
"Nar" gənclərin dinamik həyat tərzinə və musiqi zövqünə uyğun olaraq, texnologiya və əyləncəni bir araya gətirməyə davam edir. Həm musiqi, həm də hədiyyələrlə dolu bu fürsəti qaçırmayın!
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Oxşar xəbərlər
Növbəti "Sıfır Tullantı" Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti "Sıfır Tullantı" Həmrəylik Marafonu tə...