Mr.fix brendinin istehsalçısı “KARTAŞ LTD” MMC “YAŞAT” Fonduna 100 min manat ianə etdi

Mr.fix brendinin istehsalçısı “KARTAŞ LTD” MMC “YAŞAT” Fonduna 100 min manat ianə etdi
Promo 32

08 Dekabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında Fərman imzalayıb.

Fond sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Mr.fix brendinin istehsalçısı “KARTAŞ LTD” MMC Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) 100 min manat vəsait ayırıb.

Xatırladaq ki, şirkət Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna da 100 min manat vəsait köçürmüşdür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər