MİRF 2022-nin bilet satışlarına start verildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
16 aprel 2022-ci ildə Baku Marriott Hotel Boulevard-da 300 nəfərin iştirakı ilə baş tutacaq Milli İnsan Resursları Forumunda iştirak üçün qeydiyyat başlamışdır.
BAKU.WS xəbər verir ki, 2015-ci ildən etibarən təşkil edilən və ölkəmizin İnsan resursları sahəsində ilk forumu olan MİRF bu il 5-ci dəfə keçiriləcəkdir. Builki “MİRF 2022” forumun formatı və konsepti artıq bəlli oldu.
Beləliklə, MİRF 2022 “AXINA QARŞI” şüarı ilə beyin köçü mövzusunu gündəmə gətirəcəkdir. Forum hər paneldə 4 spikerin çıxışı olmaqla, 2 paneldən və bir praktiki məşğələdən (workshop) ibarət olacaqdır.
Bundan əlavə tədbir zamanı müstəqil spikerlərin çıxışları, həmçinin MİRF-in Türkiyənin öncül araşdırma şirkətlərindən olan “PESSURVEY” ilə əməkdaşlığı çərçivəsində “Beyin köçü” mövzusundakı fərqli hədəf kütlələr üzrə etmiş olduğu anketin nəticələrinin tədbir iştirakçılarına təqdimatı baş tutacaqdır. Eyni zamanda tədbir iştirakçıları üçün əyləncəli oyunlar təşkil ediləcək və müxtəlif hədiyyələr təqdim olunacaq.
Tədbir haqqında layihə rəhbəri Cabir Süleymanlı və layihənin təşkilati dəstəkçiləri “Business Management School” MMC-nin həmtəsisçisi Elvin Cabaylı, “HR Option” MMC-nin həmtəsisçisi Xəqani Səfərov və İnsan resursları üzrə meneceri Cəmil Hüseynov, Fil Agency-nin təsisçisi Rafiq Hunaltay və “Facemark” MMC-nin direktoru Ayşən Allahverənova öz video müraciətlərində məlumat veriblər.
İzləyicilər forum barədə yeniliklərdən xəbərdar olmaq və iştirak bileti əldə etmək üçün web səhifəni (www.mirf.az), həmçinin layihənin sosial media hesablarını izləyə bilərlər.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...