“Megafun”-dan açıqlama

25
iyn
2019
17:40
22.06.2019-ci il tarixində Megafun Əyləncə Mərkəzinə dair mediada yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, insident uşaqların əyləndikləri və atrakssionların yerləşdiyi ərazidə olmayıb və Megafun Əyləncə Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin insident ticarət mərkəzində yerləşən kafelərin birində müştəri tərəfindən dəvət olunan animatorun (janqlyorun) qeyri-peşakarlığı və ehtiyatsızlığı səbəbindən baş verib. Bununla belə hadisə nəticəsində obyektdə quraşdırılmış avtomatik yanğınsöndürmə sistemi işə düşmüş və yanğının baş verməsinə şərait yaradılmamışdır. Hadisə barədə məlumatlandırılmış aidiyyatı dövlət qurumları operativ şəkildə obyektə baxış keçirmişlər. Hazırda Megafun Əyləncə Mərkəzi tam spektrda fəaliyyətini davam etdirir və öz müştərilərinin xidmətindədir.
Qalereya
Oxşar xəbərlər
Dövlət Komitəsi “Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət al...
