“McDonald's Azərbaycan” “Xoş anlarla birlikdə” adlı xeyriyyə aksiyası keçirir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 1-dən 20-dək bütün “McDonald's Azərbaycan” restoranlarında "Xoş anlarla birlikdə" adlı xeyriyyə aksiyası keçirilir.
Aksiyanın simvolu ən yaxşı insani keyfiyyətləri – mərhəməti, xeyirxahlığı, səmimiliyi və mehribanlığı təcəssüm etdirən ürək formalı stiker olacaq.
“McDonald's Azərbaycan”ın hər bir qonağı ürək stikeri alıb, üzərinə öz adını yazıb restoranın divarına yapışdıra bilər.
Aksiyanın son günündə (noyabrın 20-də) xüsusi stikerlərin və kartofların satışından əldə olunan gəlir "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyinin mərkəzi üçün reabilitasiya avadanlıqlarının alınmasına yönəldiləcək.
“McDonald's Azərbaycan” "balacaların böyük problemləri olmamalıdır!" prinsipini rəhbər tutur. Korporativ sosial məsuliyyətə böyük önəm verən şirkət xeyriyyə tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirir.
Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını yaxşılaşdıra bilərik!
Qalereya
Oxşar xəbərlər
UNEC və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığın bəhrəsi: Şirkətin dəstək olduğu tələbələrlə müsahibə
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkəti fiziki imkanları məhdud olan tələbələrə maliyyə yardım göstərilməsi layihəsi çə...