"McDonald"s" restoranlarında TələbəPlus kartı ilə tələbələrə xüsusi endirim

"McDonald"s Azərbaycan" ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün xüsusi endirim kampaniyasına start verdiyini elan edib.
Bu təşəbbüs Təhsil İnkişafı Fondu ilə imzalanmış əməkdaşlıq memorandumu əsasında, "TələbəPlus" layihəsi çərçivəsində reallaşdırılır. Sənəd "McDonald"s" Azərbaycan şirkətinin baş direktoru Oskar Boqopolski və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.
Əldə olunmuş razılaşmaya əsasən, "McDonald"s" restoranlarında TələbəPlus kartına sahib olan tələbələr üçün 5% həcmində endirim tətbiq olunacaq. Bu kart tələbə vəsiqəsi və bank kartının funksiyalarını birləşdirir, məhsul və xidmətlərin ödənişi zamanı əlavə üstünlüklər təqdim edir. Layihənin ilk mərhələsində 190 000-dən çox tələbə əhatə olunub və bu say artmaqda davam edir.
Təhsilin və inkişafın dəstəklənməsi "McDonald"s" Azərbaycan şirkətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Şirkət bir sıra mühüm layihələr həyata keçirir. O cümlədən, Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramı, UNEC-də fiziki məhdudiyyətli tələbələrin təhsil haqqının ödənilməsinə yardım, məktəb olimpiadalarının dəstəklənməsi və şəhid övladlarına yönəlmiş təşəbbüslər.
Bu səylər "McDonald"s" Azərbaycan şirkətinin gələcək nəsillərin inkişafına və bərabər imkanların yaradılmasına davamlı töhfə vermək niyyətini əks etdirir.
Şirkət təhsilə və gənclərin rifahına yatırımları özünün uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir.

Oxşar xəbərlər
Zeekr Azərbaycan 9X modeli ilə bağlı rəsmi xəbərdarlıq etdi
Zeekr markasının ən son innovativ modeli – Zeekr 9X artıq təqdim olunub və qlobal bazarda böyük maraq yaradır. Öz müasir dizaynı, qabaqcıl texnologiyaları və gə...
