"McDonald's Azərbaycan" şirkəti Sumqayıtda ağacəkmə aksiyası təşkil edib
Yeniliklərdən dərhal xəbərdar olun
"McDonald's Azərbaycan" şirkətinin təşkilatçılığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində növbəti ekoloji aksiya təşkil edilib.
Şəhərin yaşıllaşdırılmasına və ekoloji mühitinin yaxşılaşdırılmasına xidmət edən aksiyada şirkətin 50-dən çox əməkdaşı iştirak edib. Tədbir çərçivəsində iştirakçılar tərəfindən 400 ədəd Şərq çinarı (Xan çinarı) ağacı əkilib. Xan çinarının seçilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan mədəniyyətində bu ağac uzunömürlülük və davamlılıq rəmzi hesab olunur.
Qeyd edək ki, bu cür təşəbbüslər "McDonald's Azərbaycan" şirkətinin dayanıqlı inkişaf və ətraf mühitin qorunması sahəsində geniş fəaliyyətinin bir hissəsidir.
Davamlı olaraq olaraq plastikdən istifadənin azaldılması, təkrar emal edilə bilən materiallara keçid və biznes proseslərinin enerji səmərəliliyinin artırılması istiqamətində müxtəlif ekoloji layihələri həyata keçirən şirkət, bununla daha dayanıqlı şəhər infrastrukturunun inkişafına və gələcək nəsillərə qayğı göstərilməsinə töhfə verir.
Qalereya
Oxşar xəbərlər
"Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Sərfəli mobil operator "Nar" Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. "Nar"ın insan resursları depar...