Maxi.az Qurban Bayramını növbəti xeyriyyə aksiyasının keçirilməsi ilə qeyd etdi - FOTO

Maxi.az Qurban Bayramını növbəti xeyriyyə aksiyasının keçirilməsi ilə qeyd etdi - FOTO
Promo 3
Bu günlərdə bütün müsəlman dünyası kimi Azərbaycan da ən vacib dini bayramlardan biri olan Qurban Bayramını qeyd edir.Maxi.az məişət texnikası və elektronika dükanlar şəbəkəsi Qurban Bayramı ərəfəsində bayramı xeyriyyə aksiyasının keçirilməsi ilə qeyd etməyə qərar verdi. Iki gün ərzində, 8 və 9 avqust tarixlərində, şəbəkənin “Gənclik Mall”-da yerləşən flaqman dükanında, Mərkəzi Qan Bankının dəstəyi ilə mobil qan vermə məntəqələri quraşdırılmışdır.
Maxi.az dükanının bütün ziyarətçilərinə qana ehtiyacı olan müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin qəza hadisələrinə düşən insanlar üçün qan vermək təklif olunmuşdur. Və bir çox insanlar öz qanını verərək kiminsə həyatını xilas etməyə hazir idilər.Iki gün ərzində onlarla insan könüllü olaraq donor oldular və bununla əsl mərhəmət və insansevərliklərini göstərdilər.Onu da qeyd edək ki, onların içində Maxi.az işçiləri də var idi.
Qan Bankının işçiləri öz işlərini peşəkar və qüsursuz şəkildə etdilər. Donorların tam təhlükəsizliyinə xüsusi diqqət yetirilmişdir. Mobil qan vermə məntəqələrinin işçiləri donorlara qan vermənin kiminsə həyatını xilas etməsi barədə, və həmçinin donorun özü üçün də faydalı bir proses olduğu barədə məlumat verdilər.İlk növbədə, qan hepatit B, C, HİV və digər infeksiyaların mövcudluğuna yoxlanılır.
Maxi.az məişət texnikası və elektronika dükanlar şəbəkəsi hamını Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir və hərkəsə can sağlığı və sülh diləyir!Qeyd edək ki, ilk dəfə deyil ki, Maxi.az xeyriyyə aksiyası keçirir və gələcəkdə də bu cür social layihələrini həyata keçirmək niyyətindədir.Maxi.az – İnteqral şirkətinin uğurlu, iddialı layihəsidir. Geniş təcrübə və Azərbaycan bazarında hələ həyata keçirilməyən yeni ideyaların birləşməsidir.Rəsmi sayt - https://maxi.az Facebook - fb.com/maxi.az.shop Instagram - @maxiaz.shopƏlaqə nömrəsi - *0900

Oxşar xəbərlər

Maxi.az Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edir!

Maxi.az Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edir!

Elektronika və məişət texnikası satışını həyata keçirən tanınmış hipermarketlər şəbəkəsi yerli kütləvi informasiya nümayəndələri üçün maraqlı hədiyyə hazırlamış...

6 Promo 16:47 22 iyul 2019

Son xəbərlər