"Mamounia Lounge": Bakının mərkəzində Mərakeşin dadlı parçası
Azərbaycan paytaxtını tərk etmədən Şərqin sehrinə dalmaq istəyirsinizsə, yolunuzu İzzət Orucova küçəsi 13 ünvanında ("Capital Plaza") yerləşən yeni açılmış "Mamounia Lounge" restoranından salın.
Konseptual "Mamounia Lounge" restoranı, özünəməxsus Mərakeş ənənələrinin müasir komfortla birləşərək hər bir qonaq üçün unudulmaz atmosfer yaradan unikal məkandır. Bu restoran sadəcə şam yeməyi edə biləcəyiniz məkan deyil, Şərq dadları və zərif üslub dünyasına əsl səyahətdir.
Buranın interyeri zəngin Mərakeş irsini əks etdirir: gözəl xalçalar, zərif işıqlandırma və isti, zəngin rəng çalarları rahatlıq və dəbdəbə atmosferi yaradır. Restoranın Şərq ruhunu təcəssüm etdirən hər guşəsi ənənəvi elementləri müasir çalarlarla birləşdirərək maksimum komfort və estetik həzz bəxş edir. Burada hər bir detal qonaqların özlərini Mərakeş nağılının bir parçası kimi hiss etmələri üçün düşünülüb.
Qonaqların rahatlığını nəzərə alaraq restoranda həm dostlarla görüşlər, həm də ailəvi naharlar üçün geniş ümumi zal fəaliyyət göstərir. Yay və qış terasları ilin bütün fəsillərində - istər isti yay axşamları olsun, istərsə də rahat qış günlərində ləziz təamlardan və restoranın atmosferindən həzz almağa imkan verir. Təklikdə qalmaq istəyənlər üçün isə işgüzar görüşlər və ya romantik şam yeməkləri üçün ideal olan özəl otaqlar var.
"Mamounia Lounge" qonaqlarını Azərbaycan və Avropa mətbəxlərinin yeməklərindən ibarət rəngarəng menyusu ilə sevindirməklə yanaşı, ənənəvi Mərakeş ədviyyatları və reseptləri ilə hazırlanan unikal Mərakeş yeməkləri təklif edir. Bu da hələ son deyil - xüsusi desertlər, çay mərasimləri və Mərakeş qəlyanları təkrarolunmaz relaks atmosferi yaradır. Menyu ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
"Mamounia Lounge"da axşamlar əsl musiqi səyahətinə çevrilir. Rahat mühitdə səslənən canlı musiqi istirahətinizə xüsusi dad qatacaq, istedadlı musiqiçilərin ifa etdikləri Şərq melodiyaları isə şam yeməyinizi unudulmaz edəcək.
"Mamounia Lounge" sadəcə restoran deyil, hər kəsin öz xoşbəxtlik guşəsini tapa biləcəyi məkandır: qurmanlar nadir dad qarışıqlarını layiqincə qiymətləndirəcək, estetika həvəskarları zərif dizayndan zövq alacaq, istirahət axtarışında olanlar isə harmoniya və relaksı hiss edəcəklər. Şərqin ətrini duymaq, nəfis mətbəxdən həzz almaq və sizinlə əbədi qalacaq xatirələr yaratmaq üçün "Mamounia Lounge" restoranına gəlin!
Qeyd edək ki, restoran "Restaura Group" şirkətinin layihəsidir.
Hər gün saat 10:00-dan 02:00-dək fəaliyyət göstərən "Mamounia Lounge"da rezervasiya üçün +99450-788-66-99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
"MAMOUNIA Lounge" restoranının sosial şəbəkə hesabı Instagram.
Oxşar xəbərlər
Azercell-dən Yeni il kampaniyası!
Lider mobil operator "OPPO" və "Honor" cihazlarını əldə edən müştərilərə 3 ay boyunca 5 GB internet hədiyyə edir. Azercell Yeni il ərəfəsində abunəçiləri üçün x...