“Maison Micallef” ətirlərinin sehrli aləmi

“Maison Micallef” ətirlərinin sehrli aləmi
Foto
Promo 12
İyun ayının 15-də IDEAL Perfumery & Cosmetics mağazalar şəbəkəsi media nümayəndələri və blogerlər üçün işgüzar səhər yeməyi təşkil edib.BAKU.WS xəbər verir ki, “Gazelli Cafe”-də baş tutan tədbirdə “Micallef” brendi haqqında ətraflı məlumat verilib. “Maison Micallef” – unikalməhsulların selektiv seriyasını təqdim edən məşhur parfüm brendidir. 1996-cı ildən Qrass şəhərində fəaliyyətə başlayan brendin dünyanın 75 ölkəsində 900-dən çox satış məntəqəsi mövcuddur. “M. Micallef” markasının əsas fəlsəfəsi eksklüziv parfümlərə büllurdan unikal “çərçivə” bəxş etməkdir.Martina Mikallefin tərəfindən şəxsən rəsmlərlə bəzədilmiş bu şüşələrin dizaynı “Swarovski” qaşları ilə tamamlanır. Bu brendin hər ətrinin özəlliyi müxtəlif çalarların ahəngi ilə əks edilir. Müxtəlif seriyalarla istehsal olunan ətrləri başqa brendlərdən fərqləndirən əsas xüsusiyyət onların dizaynıdır. Daha çox əl işi olan bu ətirlər incəsənətlə vəhdət təşkil edir. “Mən istəyirəm ki, insanlar bu ətirlərdən istifadə etdikləri vaxt onlar keçmiş xatirələrini yada sala bilsinlər” deyə, Martina Mikallef bildirib.Brendin insan emosiyalarını ifadə edən müxtəlif seriyaları var. Bu seriyanın içindən sizi və içinizdə olan incəsənəti ifadə edən ətrləri tapa bilərsiniz.Təqdim olunan “M. Micallef” ətrlərinin yeni seriyasını Hollandiyalı rəssam Marianne Venderbosch dizayın edib. Təqdimatda iştirak edən Marianne Venderbosch öz əsərlərində olduğu kimi ətirlərin dizaynında da qızıldan istifadə etdiyini deyib. Brendin rəhbəri Martina Mikallef gələn il üçün azərbaycanlı rəssamla birgəçalışacağını da açıqlayıb.Qeyd edək ki, IDEAL Perfumery & Cosmetics yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə yalnız orijinal məhsulları təqdim edir. “IDEAL” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib. 2 ən böyük filialı “Gənclik mall” və “Nefmall”da yerləşən mağazalar şəbəkəsi Bakı, Sumqayıt və Naxçıvanda da filiallarla təmsil olunur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər