Li Auto Satış Mərkəzi artıq fəaliyyətə başladı!

Artıq bugündən etibarən də Li Auto Bakı Mərkəzi rəsmi olaraq fəaliyyətinə başladı.
EREV texnologiyası ilə seçilən və premium komfort təqdim edən Li Auto modelləri indi yerli avtomobil həvəskarlarının ixtiyarındadır. Sərgi salonu Aşıq Molla Cümə küçəsi 44B ünvanında yerləşir. Hal-hazırda müştərilər üçün 4 il və ya 100 000 km rəsmi zəmanəti olan, 41 000 $-dan başlayan qiymətlər ilə L6, 46 500 $-dan başlayaraq L7 və 61 900 $-dan başlayaraq L9 modelləri təqdim olunur.
Rəsmi servis mərkəzi Babək prospekti, 35K ünvanında yerləşir və Li Auto avtomobillərinin texniki xidməti üçün tam təchiz olunmuşdur.
Yaxın gələcəkdə model cərgəsinin genişləndirilməsi planlaşdırılır və Li i8 eləcə də Li Mega modelləri kimi yeni nəsil avtomobillərin təqdimatı gözlənilir.
Eyni zamanda hal-hazırda Babək Prospekti 35A ünvanında brendin bütün standartlarına cavab verən 900 m2-lik nəhəng satış mərkəzi və 300 m2-lik ofisin tikintisi plana əsasən tam sürətlə davam edir.
Müştərilər öncədən avtomobil bron edə və servis üçün qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Ünvan: Aşıq Molla Cümə, 44B.
Əlaqə: *2299
Qalereya
Oxşar xəbərlər
Doğru yolda yeni karyera imkanları: Birbank-ın "PO Growth" proqramına start verildi
Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi "PO Growth" proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsin...
