“Kobra” ləqəbli Pərviz Abdullayevdən FULL qələbə!
Yeniliklərdən dərhal xəbərdar olun
“Full Energy”nin dəstəklədiyi “Kobra” ləqəbi ilə tanınan azərbaycanlı kikboks döyüşçümüz Pərviz Abdullayev braziliyalı təmsilçi ilə döyüşdən qalib ayrılmışdır. Belə ki, İstanbulda Sami Akın tərəfindən təşkil olunmuş döyüşlər arasında gecənin mərkəzi döyüşü hesab edilən “Kobra” Pərvizin matçı həmyerlilərimiz ilə bərabər qardaş ölkə - Türkiyə vətəndaşları üçün də böyük marağa səbəb olmuşdur.
27.06.2021 tarixində baş tutan bu qarşıdurmaya hər iki tərəfin güclü hazırlaşmasına baxmayaraq, braziliyalı döyüşçü Ferreira Guilherme Rorigo Pərviz Abdullayevin güclü zərbələrinə tab gətirə bilməmiş və döyüşdən məğlub ayrılmışdır.
Qeyd edək ki, “Akın Dövüş Arenasında” baş tutan bu qarşıdurma Türkiyənin ən çox izlənən kanallarından olan “TV8” kanalında canlı yayımlanıb.
Qalereya
Oxşar xəbərlər
Azercell “Qələbə ili”nin nəticələrilə bölüşdü
Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib. Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştər...