Göz həkimi Günay Əliyeva: Uşaqları eynəkdən azad edək!

Göz həkimi Günay Əliyeva: Uşaqları eynəkdən azad edək!
Promo 74

Göz sağlamlığı hər bir insan üçün böyük əhəmiyyət kəsb edir və bu sahədə peşəkar xidmət göstərən həkimləri tapmaq vacibdir.

"Miopiya Lazer" Mərkəzinin rəhbəri və Amerika Oftalmoloqlar Akademiyasının üzvü Günay Əliyeva, göz xəstəliklərinin müalicəsində geniş təcrübəyə malik ən yaxşı göz həkimi olaraq, xəstələrinin sağlamlığını prioritet olaraq qəbul edir.

Baku.ws ilə olan son çıxışında Günay xanım, ortokeratoloji linzalar (gecə linzaları) və skleral linzalarının uşaqlara təsiri haqda öz düşüncələrini bölüşüb:

Ortokeratoloji linzalar eynəkdan azad olma üçün ən yaxşı

həllərdəndir!

Artıq 3 ildən çoxdur ki, ölkəmizdə uşaqlar arasında sürətlə yayılan miopiya kimi göz xəstəliklərinin qarşısını almaq və onların daha da inkişaf etməsinin qarşısını almaq məqsədilə yenilikçi həll yolları üzərində çalışırıq. Bu istiqamətdə, ABŞ tərəfindən təsdiq olunmuş Beynəlxalq Miopiya İnstitutunun protokollarına əsaslanan ortokeratoloji linzaların - gecə linzalarının tətbiqinə başladıq. Bu linzalar göz qüsurunu müvəqqəti olaraq korreksiya edir və hər gecə yatarkən istifadə olunmaqla gündüz saatlarında uşaqların tam olaraq eynəkdən azad olmasına imkan yaradır. Xüsusilə miopiya ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş bu müasir metod, həm uşaqların göz sağlamlığını qorumağa, həm də onların sosial və akademik fəaliyyətlərinə daha sərbəst və rahat şəkildə davam etmələrinə dəstək olur. Üç il ərzində əldə etdiyimiz nəticələr, bu linzaların miopiyanın inkişafını ləngitmədə və gözlərin sağlamlığının uzun müddət qorunmasında yüksək effektivliyə malik olduğunu sübut edir.

Bundan əlavə, skleral linzaları da mərkəzimizdə pasiyentlərimizə tətbiq edirik. Bu linzalar keratoconus xəstəliyi olan, eynəklə gözünün görməsi artmayan, eynəyin mürəkkəb ölçüləri olan və buynuz qişa xəstəliyi olan pasiyentlərə tətbiq olunur. Beləcə, bu linzaların köməyi ilə görmələr mükəmməlləşir.

Qeyd edək ki, 2013-cu ildən hər il Amerika Oftalmoloqlar Akademiyasının toplantısında iştirak edən göz həkimi Dr.Günay Əliyeva hal-hazırda ABŞ-da səfərdədir və oftalmaloqiyada baş verən ən son yeniliklərlə tanış olur.

Suallar və qəbulla bağlı müraciət üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

- Instagram hesabı: drgunayaliyeva

- Vebsayt: https://gunayaliyeva.com/

- Telefon: +994 50 850 85

Son xəbərlər