Geely Radar RD6 – Sahibkarlar üçün ağıllı elektrikli pikap

Geely Radar RD6 – Sahibkarlar üçün ağıllı elektrikli pikap
Promo 62

Geely Radar RD6 – elektrikli pikap seqmentində funksionallığı, qənaəti və müasir texnologiyanı bir araya gətirir.

Bu model biznes sahibləri və sahibkarlar üçün həm gündəlik işdə, həm də uzunmüddətli layihələrdə etibarlı tərəfdaş kimi nəzərdə tutulub.

Radar RD6 almaq üçün 5 əsas səbəb

1.Aşağı xərclə maksimum səmərəlilik

Radar RD6 tam elektriklə işlədiyi üçün nə yanacaq, nə mühərrik yağı, nə də tez-tez servisə ehtiyac var. Bu, biznesin əməliyyat xərclərini xeyli azaldır.

2.Böyük ölçü, real imkan

5260 mm uzunluq, 1900 mm en və 1865 mm hündürlük – yük, alət və avadanlıq üçün geniş daşıma sahəsi. 410 km gediş məsafəsi ilə həm şəhərdə, həm də region səfərlərində ideal seçimdir.

3.Təhlükəsizlikdə maksimum səviyyə

ABS, ESC, TCS, HDC, HAC və hava yastıqları – istənilən şəraitdə nəqliyyatın sabitliyini və sürücünün təhlükəsizliyini qoruyur.

4.Komfort və idarəetmə rahatlığı

Elektron tənzimlənən oturacaqlar, kruiz-kontrol, Auto-Hold və dəri interyer uzun iş səfərlərində də rahatlığı təmin edir.

5.Etibarlılıq və texnologiya bir arada

63 kWh LFP batareya, 3 fərqli sürüş rejimi (Eco, Comfort, Sport) və tam LED optika ilə Radar RD6 həm performans, həm də davamlılıq baxımından üstünlük yaradır.

Əlavə fürsət

Radar RD6 modelini indi sərfəli daxili kredit şərtləri ilə, 30 ayadək hissəli ödənişlə və "İndi al, 2 ay sonra ödə" kampaniyası çərçivəsində əldə etmək mümkündür.

Heç bir bank müraciəti olmadan, bütün sənədləşmə bir mərkəzdə - sürətli və rahat şəkildə həyata keçirilir.

Geely Bakı Mərkəzi Radar RD6 modelinə 4 il və ya 100 000 km rəsmi zəmanət təqdim edir.

Ətraflı məlumat üçün *2299 nömrəsinə zəng edin və ya Babək prospekti 38A ünvanında yerləşən Geely satış mərkəzinə yaxınlaşın.

Son xəbərlər