Geely Azərbaycandan daxili kredit kampaniyası: Avtomobili indi əldə et, ödənişə 2 ay sonra başla

Geely Azərbaycan, avtomobil sahibi olmaq istəyənlər üçün yeni və əlçatan şərtlərlə təqdim olunan daxili kredit kampaniyasına start verdiyini elan edib. Bu kampaniya çərçivəsində müştərilər avtomobili indi əldə edib, ödənişə 2 ay sonra başlaya bilərlər.
Geely-nin daxili kredit mexanizmi bank və lizinq qurumları olmadan, birbaşa rəsmi satış mərkəzində həyata keçirilir. Proses sürətli, şəffaf və əlavə zamin tələb olunmadan təşkil olunur. Ən əsası isə – bütün xərclər ilkin ödənişə daxildir.
Kampaniyaya daxil olan modellər və ilkin ödəniş məbləğləri aşağıdakı kimidir:
· Coolray – 5689 AZN
Dinamik dizaynı və texnoloji funksiyaları ilə tanınan Coolray, şəhər sürücüləri üçün həm üslub, həm də performans təqdim edir.
· Geometry E (elektrikli şəhər avtomobili) – 4533 AZN
Tam elektrikli və kompakt dizaynlı Geometry E, şəhər içi istifadəyə ideal seçimdir.
· Radar RD6 (elektrikli pikap) – 8023 AZN
Geniş yük daşıma qabiliyyəti və elektrik mühərriki ilə Radar RD6, həm güc, həm də səmərəliliyi bir arada təklif edir.
· Okavango (7 nəfərlik ailə avtomobili) – 7377 AZN
Böyük ailələr üçün nəzərdə tutulmuş Okavango modeli geniş salonu və çoxistiqamətli rahatlığı ilə seçilir.
Geely Azərbaycan nümayəndələrinin verdiyi məlumata görə, yeni kampaniyanın məqsədi müştərilərə daha çevik və rahat avtomobil sahibi olmaq imkanı təqdim etməkdir. Artıq avtomobil alışı zamanı uzunmüddətli sənədləşmə, yüksək faiz dərəcələri və bank prosedurlarına ehtiyac qalmır.
Ətraflı məlumat üçün *2229 nömrəsi ilə əlaqə saxlaya və ya Babək prospekti, 35A ünvanında yerləşən Geely Azərbaycan satış mərkəzinə yaxınlaşa bilərsiniz.
Qalereya
Oxşar xəbərlər
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan "SİMA İmza"-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir. Bu çərçivədə Müştəri Xidmətləri mə...
