Əl-əməyi, göz-nurunun ünvanı "Gilabi Ceramics" şəhərin mərkəzində - FOTO/VİDEO

Əl-əməyi, göz-nurunun ünvanı Gilabi Ceramics şəhərin mərkəzində - FOTO/VİDEO
Foto Video
Promo 367

Tarixin ən qədim sənət növü olan dulusçuluq məişətimizin ilkin, xam versiyasında baş rolda olub. İnsana yaratmaq qədər zövq verən başqa bir şey yoxdur.

Bədii keramika sənəti son illərdə öz inkişafını yaşayır.

Yaratmaqdan söz düşmüşkən, artıq qədim sənət növünün incə və zərif nümunələrinə şəhərin mərkəzində - "Gilabi Ceramics"in yeni mağazasında rast gəlmək mümkündür.

Yerli brendin üçüncü mağazasının açılışına Xalq rəssamı, professor, heykəltəraş Fuad Salayev, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, Rəssamlıq Akademiyasının dosenti və Şirkətin Rəhbəri Emin Ələkbərov, Rəssamlıq Akademiyasının tələbə və məzunları, tanınmış simalar, həmçinin media nümayəndələri iştirak ediblər.

Yeni filial barədə öz təəssüratlarını bizimlə bölüşən Emin Ələkbərov bildirdi ki, "Gilabi Ceramics" Balaxanı qəsəbəsində aparılan abadlıq işləri çərçivəsində yaranan markadır. Şirkət rəhbəri onu da vurğulayıb ki, yerli istehsalatın inkişafı, həmçinin gənc kadrların işlə təmini, sırf Azərbaycan məhsulu suvenirlərinin ərsəyə gəlməsi və yerli turizimin inkişafından ötəri yaranan brenddir.

Bir-birindən zərif, gözoxşayan, necə deyərlər insanın ağlını başından alan dizaynlarla şaxələnmiş əl işləmələri olan suvenirlər, ilk baxışda diqqət çəkən döş nişanları insanı baxmaqdan çəkindirə bilmir.

"Gilabi Ceramics" yerli və xarici turistlərin Bakı səfəri zamanı özləri ilə apara biləcəkləri hədiyyəliklərin rəqibsiz ünvanıdır.

Bəddi keramikanın incəliklərini daha yaxından görmək istəyirsiniz? Elə isə qeyd olunan ünvanlara üz tutaraq sehrli aləmlə tanış ola bilərsiniz.

Ünvanlar:

Bakı 28 May küç. 20.

(+994) 51 240 76 26

Balaxanı qəs. Səfəvilər küç. 15

(+994) 51 240 76 27

Ramana qəs. V.Vəliyev küç 256

(+994 51) 240 76 28

Əlaqə telefonları:+99 450 632 17 97

Sosial şəbəkələr: https://www.secure.instagram.com/gilabi.ceramics/

Son xəbərlər