Çoxdan gözlənilən Tank 500 Hibrid artıq satışdadır - FOTO
“Marriott Absheron” otelində Çinin avtomobil nəhəngi Great Wall Motor (GWM) tərəfindən istehsal olunan, Azərbaycanda çoxdan gözlənilən Tank 500 Hibrid avtomobilinin təqdimatı olub.
Azərbaycanda Tank 500 yolsuzluq avtomobili rəsmi diler tərəfindən 7 nəfərlik tam hibrid kuzov konfiqurasiyasında idxal ediləcək ki, bu da yanacaq sərfiyyatını iki dəfə azaltmağa və avtomobilin gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
Yanacağa qənaət və qiymətə əlavə olaraq, Tank 500-ün əlavə rəqabət üstünlüyü onun yolsuzluq imkanlarıdır. Elektrik mühərriki ilə tandemdə işləyən 2 litrlik turbo benzin mühərriki sayəsində 2,6 tonluq ofroad modeli 100 km/saat sürətə cəmi 7,9 saniyəyə çatır ki, bu da bu kuzovlu avtomobil üçün fenomenal göstəricidir. Model 350 at gücünə, fırlanma anı 648 Nm bərabərdir.
Azərbaycanda avtomobilin rəsmi dileri geniş kredit alış opsiyaları əsasında Tank 500 Hibrid modelini təklif edir. Minimum ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 10% təşkil edir. Kredit müqaviləsinin maksimum müddəti 60 aydır (5 il). Avtomobilin yerli bazarda qiyməti 87 900 AZN-dir.
Zəmanət
GWM zavodu öz avtomobillərinin hibrid seriyasına (Tank, Haval) 8 illik (və ya 160.000 km) rəsmi zəmanət verir ki, bu da rəsmi dilerdən Azərbaycana gətirilən avtomobillərə aiddir.
Şirkət haqqında
"Azerbaijan Automobiles" QSC Azərbaycanda GWM, Bentley və Volkswagen avtomobil markalarının yeganə rəsmi distribyutorudur.
Əlaqə
GWM avtomobil salonu Babək prospekti 282 ünvanında yerləşir. Əlaqə telefonu: *7999, +994556782424. WhatsApp: +994556782424.
Rəsmi sayt: https://haval.az/
Oxşar xəbərlər
Yeni BMW 5 Seriya Sedan - FOTO
“Improtex Motors” şirkəti tam yeni BMW 5 seriya və elektrikli, ekoloji cəhətdən təmiz BMW i5 modellərini təqdim edir. Daha dinamik, zəngin rəqəmsal innovasiyala...