Cəmi 20% ilkin ödənişlə "Park Yasamal"da tam təmirli mənzil sahibi olun - "Kristal Abşeron"!

Cəmi 20% ilkin ödənişlə Park Yasamalda tam təmirli mənzil sahibi olun - Kristal Abşeron!
Foto
Promo 114

Yasamalda tam təmirli mənzil axtarırsınız? Üstəlik, faizsiz və komissiyasız?

"Kristal Abşeron" sizə Bakı şəhərinin əlverişli nöqtələrindən birində, Yasamal rayonunda yerləşən "Park Yasamal"da faizsiz, komissiyasız, daxili kreditlə tam təmirli mənzillərə sahib olmaq imkanı yaradır.

Əlverişli və rahat yerləşmə

3 saylı Bakı "ASAN xidmət" mərkəzi və "Bayraq" parkı yaxınlığında inşa olunan kompleks əlverişli nəqliyyat infrastrukturu ilə şəhərin istənilən nöqtəsinə asan və sürətli çıxışı təmin edir. Üstəlik, "Kaktus" restoranından Yasamal gölü istiqamətində salınan yeni yol kompleksin yerləşdiyi ərazini daha da əlverişli edəcək.

Geniş yaşıllıqlar əhatəsində yaşayın

Böyük bir yaşayış kompleksinin davamı olaraq inşa edilən "Park Yasamal" 4 hektar ekoloji təmiz ərazidə salınır. Həmçinin, 5 hektar ərazini əhatə edən "Şamlıq" parkı, 32 hektarlıq Yasamal gölü ətrafı bulvar ərazi, velosiped yolları, yürüş və qaçış zolaqları da sakinlərin istifadəsinə veriləcək.

Komfort və keyfiyyət bir arada

Bu layihədə hər mənzilə 1 qapalı avtodayanacaq təqdim olunur ki, bu da sakinlərin parkinq problemlərini tamamilə aradan qaldırır. Sakinlər üçün mənzilin daxili rahatlığını prioritet hesab edən "Kristal Abşeron" bütün mənzilləri beynəlxalq standartlara uyğun Avropa brendləri ilə tam təmirli şəkildə təhvil verir. Tətbiq olunan səs və istilik izolyasiyası isə mənzillərin qışda isti, yayda sərin qalmasını təmin edir.

"Park Yasamal"da bütün mənzillər istifadəsi əlverişsiz və faydasız sahələr olmadan, hər kvadratmetri funksional inşa edilir. Bu yanaşma, sakinlərə hər kvadratmetrdən maksimum istifadə etməyə şərait yaradrır.

Mənzil sahibi olmaq üçün ideal şərtlər

Siz də əlverişli ödəniş şərtləri ilə geniş imkanlara malik kompleksdə mənzil sahibi olmaq istəyirsinizsə, "Park Yasamal" layihəsi tam sizin üçündür!

Bayram günlərində də "Park Yasamal" satış ofisi fəaliyyətdədir! Satış ofisinə yaxınlaşaraq 36 ayadək faizsiz, komissiyasız, daxili kredit və ya 20 illik ipoteka imkanı ilə tam təmirli mənzil sahibi ola bilərsiniz.

Ətraflı: *1544

Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi

www.kristalabsheron.az

Son xəbərlər