Bolkart debet kartlarının şərtləri yeniləndi: HƏR YERDƏ 3% KEŞBEK!

Bolkart debet kartlarının şərtləri yeniləndi: HƏR YERDƏ 3% KEŞBEK!
Promo 69

Müştərilərinin arzu və istəklərini hər zaman əsas tutan Bank of Baku, bu dəfə Bolkart debet kart sahiblərinin ürəyindən xəbər verəcək yeniliklərə imza atdı.

Belə ki, bank Bolkart debet kartı üzrə şərtləri yenilədi və yeni üstünlüklər gətirdi:

Hər alış-verişdə 3% KEŞBEK:

Artıq Bolkart debet kart sahibləri HƏR YERDƏ 3% KEŞBEK qazanacaqlar. Yəni, istər restoran, elektronika mağazaları, market, yanacaq doldurma məntəqəsi olsun, istərsə də onlayn alış-veriş, yəni məkan fərqi olmadan müştərilərin etdiyi bütün alış-verişlər onlara 3% KEŞBEK qazandıracaq.

Qeyd edək ki, bankın elan etdiyi xüsusi kampaniyalarda müştərilər hər yerdə 5% KEŞBEK əldə edəcək.

Qeyd olunan şərtlər nağd əməliyyatlarda, kredit, nəqliyyat, rabitə, dövlət və kommunal, istiqraz, cərimə, məhkəmə, mərc oyunları, kuryer xidmətlərinə şamil olunmur. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Hesablanan keşbeklər müştərinin keşbek hesabına növbəti iş günü yüklənəcək.

Bolkart Debet kartı bir ay ərzində edilən əməliyyatların məbləği 200 AZN-dək olduqda 0.5% keşbek, 200 AZN-dən çox olduqda isə 3% keşbek hesablanır. Məsələn, müştəri bir ay ərzində 201 AZN-lik dövriyyə edibsə, 6.03 AZN keşbek əldə edəcək.

KOMİSSİYASIZ PULKÖÇÜRMƏ:

İndi, Bank of Baku-nun müştəriləri Bolkart debet kartından istənilən ölkədaxili bank kartlarına KOMİSSİYASIZ pul köçürə biləcək.

PULSUZ kart:

Müştərilər bankın Bolkart debet kartlarını PULSUZ əldə edəcəklər.

5% GƏLİR:

Bolkart debet kart sahibləri illik 5% gəlir əldə edəcəklər. İllik 5% gəlir qazanmaq üçün Bolkart debet kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir.

Bolkart debet kartını əldə etmək istəyənlər bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, “WhatsApp-dan-(+99450)447-00-55 müraciət edə və ya onlayn kart sifarişi (http://bolkart.az/az/card-order) bölməsindən sifariş yerləşdirə bilər.

Bolkart haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az və ya rəsmi Facebook səhifəsinə - www.facebook.com/Bolkart/ daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bolkart.az

www.facebook.com/Bolkart

Oxşar xəbərlər

Bolkart-dan 50 AZN KEŞBEK HƏDİYYƏ! “Xoş Gəldin” kampaniyası!

Bolkart-dan 50 AZN KEŞBEK HƏDİYYƏ! “Xoş Gəldin” kampaniyası!

Bank of Baku kredit kartı əldə etmək istəyən alış-veriş həvəskarlarına özəl yeni kampaniyaya start verir. Belə ki Bank of Baku-dan Bolkart kredit kartı əldə edə...

3 Promo 12:24 02 dekabr 2022

Son xəbərlər