Bolkart-dan Ramazana özəl hədiyyəli kampaniyalar!
Bank of Baku, müqəddəs və bərəkətli Ramazan ayının sevincini yaşayan Bolkart müştərilərini daha da sevindirəcək hədiyyəli kampaniyalara start verir.
Belə ki, 09-15 may tarixlərini əhatə edəcək kampaniyalar çərçivəsində müştəriləri hədiyyə aylar və CASHBACK gözləyəcək:
- Kampaniya 1: Market alış-verişlərinə 3%-dək CASHBACK HƏDİYYƏ!
Kampaniya müddətində bayram alış-verişini Bolkart taksit kartı ilə marketlərdə edən müştərilər 3%, Bolkart debet kartı ilə edənlər isə 2% CASHBACK (BAL) HƏDİYYƏ qazanacaqlar.
Müştərilər qazandıqları BAL-larla Bolkartın keçərli olduğu partnyor mağazalarda pulsuz alış-veriş edə və ya DostBank mobil tətbiqi vasitəsilə kommunal və ya digər ödənişlərini həyata keçirə bilərlər.
- Kampaniya 2: Bolkartla min. 200 AZN ödənişə +3 TAKSİT HƏDİYYƏ!
Bolkartın “3-18 aya ödə” partnyorlarında min. 200 AZN-lik alış-veriş edən Bolkart taksit kart sahibləri ödənişlərinə +3 TAKSİT HƏDİYYƏ qazanacaqlar. Yəni, müştərilər 3, 6, 9, 12 və ya 18 ay müddətinə aldıqları məhsulun xərcini müvafiq olaraq, 6, 9, 12, 15 və ya 21 aya hissə-hissə ödəyə biləcəklər.
Bolkart taksit və ya debet kartı almaq istəyən şəxslər Bank of Baku-nun filiallarına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya onlayn sifariş (www.bolkart.az/az/card-order) edə bilərlər.
Bank of Baku-nun Bolkartlılara özəl elan etdiyi kampaniyalar haqqında daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az, rəsmi Facebook səhifəsinə - www.facebook.com/Bolkart/ daxil ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Oxşar xəbərlər
Bank of Baku Novruzda hər kəsi sevindirir!
Novruzun gəlişini xüsusi sevinc ilə qarşılayan Bank of Baku, bayramda müştərilərini sevindirəcək və onların üzünü güldürəcək bahar əhval-ruhiyyəli kampaniyalara...