Bank BTB-də yeni vakansiyalar
Bank “BTB” ASC İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı
İşçiyə tələblər:
- Ali təhsil (Texniki ixtisaslara üstünlük verilə bilər);- Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;- LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;- CCNA, CCNP səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır);- Cisco (switch, router, firewall) avadanlıqları konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;- Şəbəkədəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;- Xarici, daxili və beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;- Monitorinq sistemi vasitəsilə infrastrukturun şəbəkə elementlərinə nəzarət aparmaq;- Komandada işləmək bacarığı;- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 21 dekabr, 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Şəbəkə inzibatçısı) göstərməyiniz xahiş olunur.
Digər vakansiyalarla tanış olmaq istəyənlər Bank BTB-nin rəsmi saytına daxil ola bilərlər: https://www.btb.az/az/vacancies
Oxşar xəbərlər
Bank BTB-də yeni vakansiyalar
Bank BTB-də karyerasını qurmaq arzusunda olan, bilik və bacarıqlarına güvənən şəxslər aşağıdakı vakansiyalar üzrə müraciət edə bilərlər: İpoteka şöbəsi üzrə müt...