Bank BTB 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqladı

Bank BTB 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqladı
Promo 507

Bank BTB-nin birinci rüb üzrə faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri isə 4 milyon 006 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 1 milyon 56 min manat təşkil etmişdir.

Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində Bank BTB-nin aktivlərinin həcmində 6% artım qeydə alınıb, beləliklə bankın cəmi aktivləri 356 milyon 788 min manat təşkil etmişdir.

Digər əsas göstərici isə bankın kredit portfelinin artmasıdır ki, hesabat dövründə bankın kredit portfeli 261 milyon 411 min manat təşkil etmiş, bu isə ötən ilin həmin periodu ilə müqayisədə 18% artım deməkdir. Sözügedən dövrdə bankın fiziki şəxslərin müddətli depozit portfelinin həcmi 26% artaraq 130 milyon 507 min manat təşkil etmişdir.

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Bank hər zamankı kimi müştəri məmnunluğunu üstün tutaraq yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir. Bunu da qeyd edək ki, əhaliyə məsafədən bank xidmətlərinin göstərilməsini daha da asanlaşdıran BTB Mobile tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Unibankın aktivləri 1 milyardı keçdi

Unibankın aktivləri 1 milyardı keçdi

“Unibank” KB ASC 2021-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2021-ci il tarixinə Bankın əməliyyat mənfəəti 22 milyon manat təşkil edib. İl...

5 Promo 18:05 26 yanvar 2022

Son xəbərlər