“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 98-ə çatdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, Strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.
Bu gün “Azpetrol” şirkəti sayca 98-ci və növbəti modul tipli yanacaqdoldurma məntəqəsini "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasının ərazisində istismara verdi. Yeni “Yasamal Avtopark-2” yanacaqdoldurma məntəqəsinin avtopark ərazisində quraşdırılmasında məqsəd, paytaxtın sərnişindaşıma prosesində iştirak edən Xaliq Faiqoğlu" MMC-yə məxsus avtobusların dizel yanacağına olan tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb və 6 yeni iş yerinin yaradılması təmin edilib.
“Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 98 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Azpetrol – Daim inkişafa doğru!
Oxşar xəbərlər
“Azpetrol” şirkəti Suqovuşan qəsəbəsində sayca 97-ci yanacaqdoldurma məntəqəsini istismara verdi
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, yanacaqdoldurma məntəqələrinin sayını və əhatə dairəsini genişləndirməkdə davam...