"Azpetrol” şirkəti Zəngilan rayonunun Ağalı kəndində sayca 94-cü yanacaqdoldurma məntəqəsini istismara verdi

Azpetrol” şirkəti Zəngilan rayonunun Ağalı kəndində sayca 94-cü yanacaqdoldurma məntəqəsini istismara verdi
Promo 3

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini avqustun 18-i istismara verdi.

Sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir.

Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. Bununla da, “Azpetrol” şirkəti Qarabağ ərazisində 5 yeni iş yerinin açılmasını təmin etdi.

Yanacaqdoldurma məntəqəsinin açılışında “Azpetrol” şirkətinin Baş Direktoru Ceyhun Məmmədov, şirkətin əməkdaşları və Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları iştirak etdilər.“Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 94 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

Azpetrol – Daim inkişafa doğru!

Son xəbərlər