“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 93-yə çatdırdı
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, Strateji inkişaf planına uyğun olaraq, paytaxt Bakıda yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.
Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin müasir standartlara uyğunlaşdırılması - “Azpetrol” şirkətinin prioritet fəalyiyyət istiqamətlərindəndir.
“Azpetrol” şirkəti təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15-ci km, 1C ünvanında yerləşən “Mayak” qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində qazdoldurma məntəqəsi (QDM) yanacaqdoldurma məntəqəsinə (YDM) çevrilib və ərazidə maye-qaz doldurma postu (LPG) yaradılıb.
Bununla da, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 93-ə çatdırılıb.
Yenilənmiş “Mayak-3-YDM” ərazisində sürücülərə həmçinin kafe, “Azpetrol” və bank kartlarına xidmət, bankomat, maye-qaz doldurma postu (LPG) və sıxılmış təbii qaz postu (CNG) xidmətləri də təklif olunur.
Qeyd edək ki, mövcud yanacaqdoldurma məntəqələrində aparılan işlər “Azpetrol” şirkətinin 25-illik yubileyi münasibəti ilə həyata keçirilir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 93 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Azpetrol – Daim inkişafa doğru!
Oxşar xəbərlər
“Azpetrol” şirkəti 25-illik yubileyini qeyd edir
Bu gün Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti uğurlu fəaliyyətinin 25-illiyini qeyd edir. "Аzpetrol" şirkətinin yaranmas...