“Azpetrol” şirkəti Xankəndi şəhərində sayca 102-ci Modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Xankəndi şəhərində 19 dekabr tarixində, sayca 102-ci modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 102 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 STQ tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
Azpetrol – Daim inkişafa doğru!
Oxşar xəbərlər
"Azpetrol" "Zəfər yolu" üzərində sayca 100-cü yanacaqdoldurma məntəqəsini istismara verdi
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” MMC bu gün önəmli hadisəni qeyd edir – şirkətin 100-cü yanacaqdoldurma məntəqəsi (YDM) iş...