"Azercell"dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azercell Telekom” MMC bütün abunəçilərini mobil operatorun adından paylaşılan əsası olmayan təkliflərə, müxtəlif sosial media kanalları, “WhatsApp” tətbiqi, “iMessage”, SMS və s. üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır.
Bildiririk ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti yoxdur və reallığı əks etdirmir.
Eyni zamanda, yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma, iş və s. təkliflərdən yararlanmamağı tövsiyə edir.
Oxşar xəbərlər
"Azercell" 2022-ci il üzrə hesabatını açıqlayır - VİDEO
Ölkənin lider mobil operatoru yenilikləri Azərbaycana gətirməyə davam edir İnnovativ həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha dolğun etməyə çalı...