Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı

Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı
Foto
Promo 123

Xüsusi "Əsgərcell" təklifi əsgərlərin xidmət dövründə sevdikləri ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "Azercell Telekom" MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Bu tərəfdaşlıq çərçivəsində Azercell ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə "Əsgərcell" adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq.

2026-cı ildən etibarən qüvvəyə minəcək "Əsgərcell" təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5 nömrəni "ağ siyahı"ya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq.

Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. Azercell nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.

Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı

Oxşar xəbərlər

Kapital Bank-ın dəstəyi ilə 4-cü "YAŞA" Mərkəzi istifadəyə verildi

Kapital Bank-ın dəstəyi ilə 4-cü "YAŞA" Mərkəzi istifadəyə verildi

Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal keçirilməsi məqsədilə "Üçüncü Bahar" İctimai Birl...

29 Promo 11:17 07 yanvar 2026

Son xəbərlər