"Azercell"in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

Azercellin ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib
Promo 41

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan "Azercell Telekom" MMC bu istiqamətdə daha bir yeniliyə imza atır. 02.09.2024 tarixindən etibarən  Azercell ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edən abunəçilər tam xidmət spektrindən yararlana biləcəklər. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Belə ki, "mygov" tətbiqi vasitəsilə şəxsiyyəti təsdiq edən məlumatları göstərən müştərilər  Azercell Eksklüziv ofislərində istənilən əməliyyatı həyata keçirmək imkanı əldə edirlər. Bununla da müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell abunəçilərinə daha operativ və rahat şəkildə xidmət göstərilməsini, eləcə də məlumat təhlükəsizliyini təmin edir. Bu yenilik tez bir zamanda Azercell-in bütün diler mağazalarında da əlçatan olacaq.

Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2024-cü il 16 iyul tarixli Fərmana əsasən icra edilir.

Oxşar xəbərlər

Trendyol COP29-da

Trendyol COP29-da

Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendy...

97 Promo 18:10 22 noyabr 2024

Son xəbərlər