Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Lider mobil operatorun təqdim etdiyi unikal xidmət yüklənmə sayına görə ölkə üzrə rekord göstəricilər nümayiş etdirir.
Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, tətbiqlərə qoşulmaq imkanı verən Azercell-in “Kabinetim” özünəxidmət tətbiqi getdikcə ölkənin mobil internet məkanında ən rahat və tələb edilən mobil tətbiqə çevrilməkdədir. Çox yüksək bir göstəricidir ki, “Kabinetim” mobil tətbiqi 1 milyon yüklənmə nişanını qazandı.
Azərbaycanda ən çox yüklənilən telekommunikasiya tətbiqi kimi qeydə alınan və hazırda 1 milyona yaxın abunəçinin istifadə etdiyi “Kabinetim” mobil tətbiqi bundan öncə də App Store və Playstore statistikası üzrə ən yüksək pillələri nümayiş etdirib.
Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqində nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.
Ötən il Azercell-in yeni versiyada təqdim etdiyi “Kabinetim” mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı. "Mobil Ödəmə" xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVİD-19 ilə mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Azercell-in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə “Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Daha ətraflı məlumat üçün: Kabinetim
Oxşar xəbərlər
Azercell “Qələbə ili”nin nəticələrilə bölüşdü
Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib. Hələ bir il bundan öncə Azercell Telekom-un öz müştər...